Fransız şirkətindən yeni sərhəd nəzarət sistemi

Fransanın ATERMES firması optronic, radar, akustik ve seysmik sensorları birləşdirməklə müstəqil sərhəd nəzarət həllinin yeni konsepsiyasını təqdim edib. “AzeriDefence”nin məlumatına görə, yeni sistem Parisdə EUROSATORY-2012 sərgisində nümayiş etdirilib.

Bariyer™ adlı sistemi fərqli konteynerlərdə 4-8 avtonom müşahidə modulunu (gözətçi mayak) daşıyan bir ədəd Panhard PVP və 1 ədəd komanda-kontrol nəqliyyat vasitəsi (C2 nəqliyyat vasitəsi) ilə birgə təqdim olunub.

Bariyer™ tək bir nəqliyyat vasitəsi tərəfindən sürətli şəkildə əraziyə gətirilə və qurula biləcək şəkildə dizayn olunub. Sistem hər cür hava şəraitində gecə ve gündüz müşahidə aparmağa imkan verir.

Mayaklar müəyyənləşdirilmiş ərazilərdə bir birindən 3-5 km məsafədə yerləşdirilir. Sistem uzaqdan komanda-kontrol nəqliyyat vasitəsindən simsiz rabitə ilə idarə olunur. Bariyer texnoloji və sensor seçənəklərinə uyğun olaraq 15 km-dən 40 km-dək məsafədə 24 saat müşahidə aparmağa qadirdir. Daha geniş bölgəni qorumaq üçün bir neçə Bariyer sistemi bir şəbəkədə birləşdirilə bilir.

CATEGORIES