Fransızlar FELİN üçün yeni maşın hazırlayır
Direction Générale de l’Armement (DGA, Fransanın hərbi alqı-satqı üzrə agentliyi) ilin sonuna qədər FELİN təchizatlı əsgərlər üçün piyada qüvvələrinin zirehli döyüş maşınını – VBCİ (Véhicule Blindé de Combat d’Infanterie) hazırlayacaq. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Parisdə keçirilən EUROSATORY-2012 sərgisində məlumat verilib.
VBCİ Nexter Systems və Renault Trucks Defense tərəfindən hazırlanıb. Sagem isə FELİN sistemin əsas iş icraçısıdır. VBCİ müdafiə və təkamül üçün bütün müasir tələblərə cavab verir. 8×8 formuluna malik zirehli maşın 25 mm-lik topa malik qüllə ilə təchiz olunub və 8 əsgəri daşıya bilir. Maşın yüksək müdafiə təmin etməklə piyada qüvvələri üçün əsl “ev” sayıla biləcək.
CATEGORIES Müdafiə