G550 xüsusi əməliyyat təyyarələri sifarişçiyə çatdırılıb

G550 xüsusi əməliyyat təyyarələri sifarişçiyə çatdırılıb

ABŞ-ın “Gulfstream” Aerokosmik Korporosiyası tərəfindən hazırlanan G550 xüsusi əməliyyat təyyarələri İsrail Hərbi Hava Qüvvələrinə təhvil verilib.

“Poliqon” xəbər verir ki, bu barədə “Gulfstream” şirkəti məlumat yayıb.

İsrail HHQ-nin inventarına qəbul edilən G550 təyyarələri kritik nəzarət və müşahidə əməliyyatlarını icra etmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, indiyə qədər 40-dan çox ölkənin ordusunda 200-dən artıq “Gulfstream” istehsalı xüsusi əməliyyat təyyarələri yer alır.

Poliqon.az

CATEGORIES
TAGS