Yeni Su-34-lər Rusiya Müdafiə Nazirliyinə təhvil verilib

Yeni Su-34-lər Rusiya Müdafiə Nazirliyinə təhvil verilib

“Birləşmiş Aviasiya Korporasiyası” (UAC) Su-34 qırıcı-bombardmançı təyyarələrinin yeni partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verilib.

“Poliqon” “Birləşmiş Aviasiya Korporasiyası”na istinadən xəbər verir ki, yeni Su-34-lər müxtəlif iş rejimlərində yoxlanıldıqdan və sınaqlarından uğurla keçdikdən sonra xidmət yerinə uçublar.

Su-34 qırıcı-bombardmançı təyyarəsi yerüstü (səth) və hava hədəflərinin, hava hücumundan müdafiə vasitələri ilə qorunan və aerodromdan xeyli uzaq məsafədə yerləşən infrastruktur obyektlərinin məhv edilməsi üçün nəzərdə tutulub.

O, düşmənin HHM və elektron müharibə sistemlərinin olduğu mühitlərdə, gündüz-gecə vaxtı, sadə və mürəkkəb meteoroloji şəraitdə müxtəlif hərbi əməliyyatları yerinə yetirə bilər. İdarəolunan və idarəolunmayan aviasiya silahları ilə təchiz edilən Su-34 hava kəşfiyyatı tapşırıqlarının icrası üçün də istifadə oluna bilər.

CATEGORIES
TAGS