
GCAP çərçivəsində yaradılan “Edgewing” birgə müəssisəsi istifadəyə verilib
Qlobal Döyüş Hava Proqramı (GCAP) çərçivəsində “BAE Systems” (Böyük Britaniya), “Leonardo” (İtaliya) və “Japan Aircraft Industrial Enhancement Co. Ltd.” (Yaponiya) şirkətləri tərəfindən yaradılan “Edgewing” birgə müəssisəsi rəsmi olaraq istifadəyə verilib.
“Poliqon” “BAE Systems”ə istinadən xəbər verir ki, “Edgewing” birgə müəssisəsi gələcək nəsil döyüş təyyarəsinin dizaynı və hazırlanmasına cavabdeh olacaq.
Həmçinin müəssisə 2070-ci ildən sonra xidmətdən çıxarılması gözlənilən məhsulun ömrü boyu dizayn orqanı olaraq qalacaq.
“Edgewing” müəssisəsi Avropa və Asiya üzrə üçtərəfli sənaye tərəfdaşlığı üçün yeni meyar təyin edərkən, proqramın iddialı hədəflərinə, o cümlədən döyüş təyyarəsinin 2035-ci ilədək xidmətə daxil olunması məqsədinə çatmaqda mərkəzi rol oynayacaq.
Şirkət hər bir tərəfdaş ölkədə fəaliyyət göstərəcək və birgə komandalarla işləyəcək. Eyni zamanda, şirkətin baş qərargahı Böyük Britaniyada yerləşəcək ki, bu da GIGO (Beynəlxalq Hökumətlərarası Təşkilat) ilə maksimum uyğunluq və əməkdaşlığı təmin edəcək.