İsrail Müdafiə Qüvvələri üçün yeni raket gəmiləri və zirehli maşınlar alınır
İsrailin Hərbi Təchizat üzrə Nazirlər Komitəsi yüzlərlə JLTV (Joint Light Tactical Vehicles) zirehli nəqliyyat vasitəsinin və “Reshef” yeni nəsil raket gəmilərinin satın alınmasını təsdiqləyib.
Bu barədə “Poliqon” İsrail Müdafiə Nazirliyinə istinadən xəbər verib.
Bildirilib ki, razılaşmaya əsasən, İsrail Müdafiə Nazirliyi yerli gəmiqayırma zavodlarından beş ədəd təkmil “Reshef” raket gəmisi alacaq. Bunlar 40 illik xidmətdən sonra İsrail Hərbi Dəniz Qüvvələrinin istismarından çıxarılacaq “Sa’ar 4.5” sinifli “Nirit” raket gəmisini əvəz edəcək.
Bundan əlavə, komitə tərəfindən satın alınması təsdiqlənən yüzlərlə yeni JLTV də yaxın illərdə İsrail Müdafiə Qüvvələrinə təhvil veriləcək.