Müdafiə
General-mayor Məhəmməd Abbasquliyev vəfat edib

Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev vəfat edib. “AzeriDefence”nin məlumatına görə, M. Abbasquliyev bu gün səhər saatlarında iş yerində ürək tutmasından dünyasını dəyişib.
Qeyd edək ki, general-mayor Məhəmməd Abbasqulu oğlu Abbasquliyev 1963-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. Mərhum əvvəllər Naxçıvan Sərhəd Diviziyasının komandiri vəzifəsində xidmət edib.
Allah rəhmət eləsin!




