“Gizir hazırlığı kursu”na qəbul olan kursantların andiçmə mərasimi keçirilib – VİDEO

“Gizir hazırlığı kursu”na qəbul olan kursantların andiçmə mərasimi keçirilib – VİDEO

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Heydər Əliyev adına Hərbi İnstituta orta ixtisas təhsili pilləsi üzrə (“Gizir hazırlığı kursu”na) qəbul olan kursantların andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev çıxış edərək mərasim iştirakçılarını salamlayıb, kursantlara təhsil müddətində və gələcək xidmətlərində uğurlar arzulayıb.

General-leytenant H.Piriyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təhsil sisteminin inkişafına göstərdiyi qayğıdan, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan islahatların müsbət nəticələrindən, eləcə də Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışıb.

Sonra kursantlar sıra meydanında Hərbi andı qəbul ediblər.

Yekunda şəxsi heyətin təntənəli marşla tribuna önündən keçidi olub.

CATEGORIES