
Gürcüstan Silahlı Qüvvələrinin Saçxere tədris mərkəzində Gürcüstan, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə dağ təlim kursu keçirilir.
Bu barədə “AzeriDefence”yə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Avqust ayının 21-də başlayan kursda hərbçilərə dağların süxurlarının tərkibi, mürəkkəbliyi, qayalardakı canlılar barədə nəzəri məlumatlar verilməklə yanaşı dağa dırmanma, yaralılara ilk yardım, evakuasiya və təhlükəsizlik qaydaları kimi praktiki tapşırıqlar yerinə yetiriləcək.
Dağ təlimində 5-i Gürcüstandan olmaqla ümumilikdə 19 hərbçi iştirak edir.



