Xəbərlər

Gürcüstanda keçirilən “Qafqaz Qartalı 2022” hərbi təlimləri davam edir

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə iştirak ilə keçirilən “Qafqaz Qartalı 2022” hərbi təlimləri davam edir.

“Poliqon” xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Vaziani təlim mərkəzində keçirilən təlimləri Gürcüstanın Müdafiə Qüvvələrinin komandanı general-mayor Giorgi Matiaşvili izləyib.

Təlimlər zamanı xüsusi təyinatlılar AN-2 təyyarəsindən paraşütlə atlama, binanın ələ keçirilməsi, qruplar halında və zirehli nəqliyyat vasitələri ilə hücum tapşırıqlarını yerinə yetiriblər. “Qafqaz Qartalı 2022” hərbi təliminin məqsədi Azərbaycan, Türkiyə və Gürcüstanın Xüsusi Təyinatlı Qüvvələri arasında koordinasiyanı dərinləşdirmək, təcrübələrini bölüşmək, birlikdə fəaliyyət göstərmək bacarığını artırmaq, həmçinin komanda və nəzarət imkanlarını inkişaf etdirməkdir.

Azərbaycan, Türkiyə və Gürcüstan Xüsusi Təyinatlı Qüvvələrinin iştirakı ilə baş tutan “Qafqaz Qartalı 2022” təlimi hər il rotasiya prinsipi ilə üç ölkədə də keçirilir. Ötən il keçirilən təlim Türkiyədə baş tutub.

Poliqon.az

Back to top button