Xəbərlər
Gürcüstanın Müdafiə naziri Azərbaycana səfər edəcək

Martın 5-də Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri başlayır.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində Gürcüstan nümayəndə heyətinin Azərbaycanda bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Səfər martın 6-dək davam edəcək.




