Həqiqi hərbi xidmətə çağırış başa çatıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi may ayı ərzində yekunlaşdırılıb.
Bu barədə “AzeriDefence”ə SHXÇDX-nin mətbuat mərkəzindən məlumat verilib.
Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq 2002-ci ildə doğulan və 2020-ci il aprelin 30-dək 18 yaşı tamam olan, habelə 1985–2001-ci illərdə doğulan, yaşı 35-dək olan, Azərbaycanın Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməyən, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən Azərbaycan vətəndaşları 2020-ci il mayın 31-dək müddətli həqiqi hərbi xidmətə yola salınıblar.
Məlumatda o da qeyd olunub ki, Azərbaycanda 2020-ci ilin may ayında müddətli həqiqi hərbi xidmətə göndərilən çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı SHXÇDX tərəfindən aprelin 22-də SMS vasitəsilə məlumatlandırılıblar.




