Xəbərlər

Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsinə təyinat olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəhbərliyində dəyişiklik olub.

“Azeri Defence”nin məlumatına görə, Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı müavini, I dərəcəli kapitan Sübhan Bəkirov HDQ komandanı təyin olunub.

HDQ komandanı vəzifəsini icra edən I dərəcəli kapitan Zaur Hümmətov isə vəzifəsində azad edilərək Müdafiə Nazirliyinin Koordinasiya idarəsinə baş zabit vəzifəsinə təyin edilib.

2014-cü ildən HDQ komandanı vəzifəsinə təyinat olmayıb. İndiyədək HDQ-ə rəhbərlik etmiş şəxslər bu vəzifənin icrasına buraxılıblar.

I dərəcəli kapitan Sübhan Bəkirov müavin vəzifəsindən əvvəl HHQ-nin təmir zavodunun rəisi olub. O, Sübhan Kamaloğlu imzasıyla şeirlər də yazır.

Back to top button