Hafiz Səfixanov: “Xəritələr verilməsə qurbanların sayı durmadan artacaq”

Hafiz Səfixanov: “Xəritələr verilməsə qurbanların sayı durmadan artacaq”

Son 7 ay ərzində Azərbaycanda mina partlayışları nəticəsində 130 nəfər Azərbaycan vətəndaşı həlak olub və yaralanıb.

Bu barədə “Poliqon”a açıqlamasında “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

Bildirib ki, son 7 ay ərzində 100 milyon kvadrat metr ərazi minalardan təmizlənib və 35 000 ədəd mina zərərsizləşdirilib.

“Bu gün səhər aldığımız xəbər həqiqətən də dəhşətlidir.

2021-ci il iyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən jurnalistlər və onları müşayiət edən mülki şəxslərin olduğu avtobus tank əleyhinə minaya düşüb. Nəticədə ikisi jurnalist olmaqla 3 nəfər həlak olub və 4 nəfər ağır yaralanıb. Faktı rəsmi orqanlar təsdiq edir.

Bütün beynəlxalq təşkilatlar o, cümlədən də jurnalist təşkilatları bu hadisəyə biganə qalmamalıdırlar. Ermənistan işğalda saxladığı müddətdə minaladığı ərazilərin xəritələrini qeyd-şərtsiz Azərbaycana verməlidir.

Xəritələr verilməsə qurbanların sayı durmadan artacaq”, – deyə MƏAK İctimai Birliyinin sədri Hafiz Səfixanov qeyd edib.

Poliqon.az

CATEGORIES
TAGS