HAVELSAN GNSS ilk qütb missiyasını tamamlayıb

HAVELSAN GNSS ilk qütb missiyasını tamamlayıb

Türkiyənin HAVELSAN şirkəti tərəfindən gəmi və dəniz platformaları üçün hazırlanan GNSS qlobal naviqasiya peyk sistemi ilk dəfə Antarktida qütbündə xidmətini başa vurub.

HAVELSAN şirkətindən “Poliqon”a verilən məlumata görə, GNSS sistemi ilk missiyasını uğurla tamamlayıb.

Bildirilib ki, sistem hissəcikləri və atmosferdəki dəyişiklikləri; siqnalın çatdığı anten bölgəsini; dəniz səviyyəsi, sahil xətti, dənizdəki buzlaqları izləyib.

Şirkət mütəxəssislərinin sözlərinə görə, HAVELSAN və TÜBİTAK Qütb Araşdırmaları Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində HAVELSAN-ın bu sahədə təcrübəli mühəndislik gücünün səfərbər edilməsi ilə 4 aya qədər qısa müddətdə GNSS sistemi ərsəyə gətirilib.

GNSS sistemi GPS, “Galileo”, “Beidu”, GLONASS, QZSS kimi bir çox müxtəlif ölkələrin peyklərindən istifadə edərək mövqe və istiqamətlərin təyin edilməsini hesablamaq və qlobal əhatə dairəsini təyin etmək qabiliyyətinə malikdir.

Real vaxtda məkan, sürət və zaman məlumatları ilə fasiləsiz iş performansı təqdim edən HAVELSAN GNSS sistemi qütb səfərindən sonra bir çox gəmidə də istifadəyə hazır olacaq.

Aselsan GNSS GNSS1 GNSS3

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS