HAVELSAN HvBS Döyüş İdarəetmə Sistemi Azərbaycan ordusunun istismarına veriləcək – ÖZƏL

HAVELSAN HvBS Döyüş İdarəetmə Sistemi Azərbaycan ordusunun istismarına veriləcək – ÖZƏL

Türkiyənin HAVELSAN şirkəti Azərbaycan Silahlı Qüvvələrinə Hərbi Hava Qüvvələri Məlumat Sistemi – Döyüş İdarəetmə (HvBS-MY) alt sistemi tədarük edəcək.

Bu barədə HAVELSAN şirkətinin baş direktoru Dr. Mehmet Akif Nacar POLİQON jurnalına müsahibəsində bildirib.

“HAVELSAN istehsalı olan HvBS Hərbi Hava Qüvvələri Məlumat Sistemi – MY Döyüş İdarəetmə alt sisteminin Türkiyədə istifadə olunan 52 modulunun 18 ədədi Azərbaycan Hərbi Hava Qüvvələrinin istismarına veriləcək.

Bu modullar Heydər Əliyev Beynəlxalq Aeroportunun Hava Hərəkətini İdarəetmə və Dövlət Meteorologiya İdarəsi sistemləri ilə inteqrə edilərək Hava Məkanının Planlaşdırılması və İdarəetmə Sistemi olaraq istismara veriləcəkdir”, – deyə HAVELSAN şirkətinin baş direktoru Mehmet Nacar vurğulayıb.

Bildirilib ki, HAVELSAN istehsalı olan HvBS sistemi Hərbi Hava Qüvvələrinin bütün fəaliyyət sahələrini əhatə edəcək şəkildə xidmət effektivliyini artırmaq, qərar qəbul edən orqanlara doğru və zamanında məlumat vermək və resurslardan istifadə səmərəliliyini artırmaq məqsədi ilə hazırlanıb.

HvBS; hərbi hava qüvvələrinin əməliyyat, kəşfiyyat və uçuş təlimi proseslərini dəstəkləyən funksionallığa sahib, fərqli texnologiya və arxitekturaların birlikdə istifadə edildiyi və əhatə dairəsi baxımından Türkiyənin müəyyən edilmiş ən böyük Komanda Kontrol İnformasiya Sistemidir.

HvBS Döyüş İdarəetmə (HvBS-MY) Alt Sistemi Modernizasiyası; dəyişən texnologiya, şərtlər və yeni əməliyyat ehtiyaclarına yönəlmiş texnoloji infrastrukturun yenilənməsi, yeni əməliyyat imkanlarının qazandırılması və qərarların dəstəklənməsi mexanizmlərinin daha çox istifadə edilməsi məqsədilə həyata keçirilib.

HvBS-MY sistemi Türkiyə Hərbi Hava Qüvvələrinin əməliyyat effektivliyini artırmaq məqsədilə 1998-2007-ci illərdə hazırlanıb. 2007-ci ildən bəri canlı istifadədə olan HvBS-MY modernləşdirmə layihələri çərçivəsində davamlı olaraq təkmilləşdirilir və yeni funksiyalarla genişləndirilir.

HvBS-MY sistemi strateji, əməliyyat və taktiki səviyyədəki geniş və əhatəli bir Planlama, Təyinatvermə, Hava Məkanının İdarə Edilməsi, Əməliyyata Dəstək, Tapşırıq İzləmə, Kəşfiyyat, Uçuş Təlimi kimi bir çox funksiyaları əhatə edir. Situasiya fərqliliyi təmin edən və qərar qəbuletmə proseslərini dəstəkləyən Hava Şəkili, Dost/Düşmən Döyüş Nizamı və bütün əməliyyat məlumatlarını bir çox fərqli meyarlarla göstərə bilən Komanda Kontrol Portalı da sistem komponentləri arasında yer almaqdadır.

HvBS-MY inteqrə Qaynaqlar İdarəetmə alt sistemi ilə bərabər komandirin göstərişindən başlayaraq Missiya Planlama, Hava Missiya Əmri, Uçuş Proqramı və Uçuş Missiya Planlarının hazırlanması və təyyarəyə yüklənməsinə qədər uzanan Komanda Kontrol Döngəsini əhatə edir.

HvBS-MY sisteminin texniki xüsusiyyətləri:
• Paylanmış Arxitektura (Yüksək Əlçatımlılıq)
• Özünü Təmin Edən Kampuslar
• Kampuslar Arası Asinxron Data Replikasiyası
• J2EE Əsaslı Çoxsəviyyəli Arxitektura
• Zəngin Müştəri Arxitekturası (Java Swing)
• Müstəqil Platforma
• Avtomatik Konfiqurasiya və Quraşdırma

Poliqon.az

CATEGORIES
TAGS