HAVELSAN-ın orta sinif avtonom döyüş robotu – BARKAN

HAVELSAN-ın orta sinif avtonom döyüş robotu – BARKAN

Dünyada xüsusilə quru qoşunları üçün təhlükəsizlik təhdidlərinin tezliyi və müxtəlifliyi artıb. Avtonom pilotsuz yerüstü nəqliyyat vasitələri uzaqdan idarəetmə və ya sensor sistemlərdən istifadə etməklə ətraf mühiti tədqiq edərək, rəqəmsal döyüş meydanlarının tələbləri çərçivəsində şəxsi heyət olmadan kəşfiyyat, müşahidə, sursat daşıma kimi əsas vəzifələri insansız olaraq yerinə yetirərək müasir texnologiyanı hərbi bölmələrə inteqrasiya edir. Müxtəlif ehtiyaclar üçün fərqli ölçülərdə və konfiqurasiyalarda mövcud olan pilotsuz yerüstü döyüş maşınları bir çox missiyaları yerinə yetirə biləcək keyfiyyətlər qazanıb.

“Poliqon”un məlumatına görə, Türkiyənin HAVELSAN şirkəti tərəfindən müasir müharibə ehtiyaclarına uyğun dizayn və istehsal edilən BARKAN, birinci səviyyə və orta sinif çoxməqsədli pilotsuz yerüstü platformadır. BARKAN robotu bir çox sahədə, xüsusilə əməliyyatın müvəffəqiyyətinin artırılmasında, itkilərin qarşısının alınmasında və əməliyyat xərclərinin azaldılmasında sahə personalı üçün əsas vasitədir.

E8 eoqnWEAUCiZhŞirkət mütəxəssislərinin sözlərinə görə, gələcəyin əməliyyat sahələrində uzaqdan idarəetmə və avtonom tapşırıq imkanları ilə BARKAN hərbi bölmələrin yaxın köməkçisi olacaq. BARKAN robotu sürü infrastrukturu sayəsində digər quru və hava nəqliyyat vasitələri ilə birgə əməliyyatları mümkün edir və pilotsuz komanda tək bir əməliyyat mərkəzindən idarə oluna bilir.

BARKAN döyüş modulu üstün avtonom xüsusiyyətləri və CBRN sensorları, robot qolu və sürü kamikadze PUA buraxma qurğusu kimi müxtəlif faydalı yüklərin birləşdirilə biləcəyi modul dizaynı sayəsində çoxməqsədli missiyalarda istifadə edilə bilər. Bu yolla BARKAN yüklərin daşınması və ya yedəklənməsi, yaxından mühafizənin təmin edilməsi, silahlı kəşfiyyatdan mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsinə qədər müxtəlif vəzifələri yerinə yetirmək qabiliyyətinə malikdir.

BARKAN low resŞirkət mütəxəssilərinin sözlərinə görə, HAVELSAN-ın “rəqəmsal bölmə” konsepsiyasının əvəzsiz elementi hesab olunan BARKAN platforması ən çətin şərtlər altında müxtəlif növ təhdidlərin öhdəsindən gəlmək üçün hazırlanıb. Avtonom yerüstü nəqliyyat vasitəsi elektrik mühərriklərinin köməkliyi ilə çətin mərtəbələri tez və səssiz keçə bilir. Sistem bu günün və gələcəyin döyüş meydanına asimmetrik təhlükə yaradan elektron müharibə hücumlarına qarşı üstün imkanlar nümayiş etdirir. Taktiki Məlumat Bağlantı Sistemi ilə BARKAN, 1 km baxış xətti üzərində əlaqə qabiliyyətinə təsir edən jammerlərə qarşı yüksək müqavimət göstərə bilir.

Bundan əlavə, görmə xəttinin itirildiyi və tıxacların effektiv işlədiyi yerlərdə nəqliyyat vasitəsi simli əlaqə modulu ilə öz vəzifəsini gecikdirmədən yerinə yetirir. Gecə və gündüz kameraları ilə 360° ətrafı görmə qabiliyyətinə malik BARKAN robotu elektro-optik (EO) və infraqırmızı (IR) kameraları ilə gündüz/gecə missiyalarında effektiv şəkildə istifadə edilə bilər.

Avtonom xüsusiyyətləri ilə seçilən BARKAN döyüş modulu təqib, avtonom patrul, dron və adam aşkarlama, maneələrdən qaçma, vəzifəsini bitirdikdən sonra tez və uğurla bazaya geriqayıtma kimi avtonom imkanları yerinə yetirmək qabiliyyətinə malikdir.

E8 eqHiX0EIGYWlBARKAN robotu yuxarıda da qeyd olunduğu kimi, əsasən döyüşlə kəşfiyyat və müşahidə üçün təyin edilib. Pulemyotla silahlanmış kompakt döyüş robotu, yeni “Baha” PUA da daxil olmaqla digər pilotsuz platformalarla qarşılıqlı əlaqə qura bilir. Hazırda sınaqların keçirilməsi məqsədil ilə üç prototip yaradılıb. Beləliklə, silahlı robotun kütləsi təxminən 500 kq-dır. Robotun işləmə müddəti 8 saat, hərəkət sürəti 7 km/saat təşkil edir. O, dörd dayaq vərdənəli tırtıllı şassi və AZELSAN şirkətinin istehsalı olan SARP-L məsafədən idarə olunan sabitləşdirilmiş silah sistemi ilə təchiz edilib. Robot 5,56 və 7,62 mm kalibrli pulemyotlarla silahlandırıla bilir və atəşə nəzarət sistemində ballistik kompüter və termal kamerası olan elektro-optik stansiya var.

Qeyd edək ki, HAVELSAN şirkəti BARKAN-dan başqa, ortaq platformaya malik daha iki döyüş robotu variantı hazırlayıb. Birinci variant elektrik ötürücülü kompakt robotun kütləsi 350 kq, hərəkət sürəti 7 km/saat təşkil edir. Bu robot kəşfiyyat və logistikada istifadə edilə bilər. İkinci variant robot isə, qaldırma kronşteyninə quraşdırılmış müxtəlif müşahidə cihazları sayəsində daha geniş kəşfiyyat imkanlarına malikdir.

Poliqon.az

CATEGORIES
TAGS