HAVELSAN yüksək texnologiyalı məhsullarını Azərbaycan Silahlı Qüvvələrinə təqdim edir

HAVELSAN yüksək texnologiyalı məhsullarını Azərbaycan Silahlı Qüvvələrinə təqdim edir

Türkiyənin HAVELSAN şirkəti Azərbaycan Quru Qoşunları üçün Artilleriya Mütərəqqi Müşahidə Təlim Simulyatoru istehsal edib və təhvil verib. Hazırda sistem Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəal şəkildə istifadə olunur.

Bu barədə POLİQON jurnalına müsahibəsində HAVELSAN şirkətinin baş direktoru Dr. Mehmet Akif Nacar deyib.

Baş direktor bildirib ki, HAVELSAN tərəfindən hazırlanmış və hazırda Türkiyə Hərbi Hava Qüvvələrində (HHQ) istifadə edilən Hərbi Hava Qüvvələri Məlumat İdarəetmə Sisteminin əməliyyat və kəşfiyyat hissələri də daxil olmaqla bir çox modulların Azərbaycan HHQ-yə çatdırılması üçün tərəflər arasında müqavilə imzalanıb.

“Türkiyənin silahlı qüvvələrinə qazandırdığımız Yaşayış Massivində Terrorçularla Mübarizə Təlim Mərkəzi kimi təlim texnologiyaları ilə Azərbaycan Silahlı Qüvvələrini də təmin etmək üçün səylərimizi davam etdiririk. Silahlı qüvvələrimizə illərdir təqdim etdiyimiz yüksək texnologiyalı məhsul və həllərimizi dost və qardaş ölkə Azərbaycanın müvafiq qurumlarının da xidmətinə təqdim etmək istəyirik.

Bu kontekstdə modulyar, müasir texnologiyadan istifadə edərək yüksək standartlara uyğun hazırlanmış sistemlərimizi təqdim edərkən dövlətlərarası razılaşmalara və icazələrə uyğun olaraq texnologiyamızı da Azərbaycanla paylaşacağıq”, – deyə Mehmet Akif vurğulayıb.

Poliqon.az

CATEGORIES
TAGS