
Azərbaycan Hərbi Dəniz Qüvvələrində (HDQ) NATO qiymətləndirməsinə hazırlıq üzrə məşqlər keçirilir.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hərbi Dəniz Qüvvələrinin 2017-ci il üçün hazırlıq planına uyğun olaraq, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində Hərbi Dəniz Qüvvələrinin Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə qrupunun 1-ci səviyyəli özünüqiymətləndirmə təliminin hazırlıq məşqləri keçirilir.
Qeyd edək ki, 2004-cü ilin aprel ayında Azərbaycan NATO-nun ƏİK proqramına qoşularaq Ortaq Qüvvələr Birliyinə bir yüngül motoatıcı ƏİK bölüyü və 2010-cu ilin avqust ayından Azərbaycan Silahlı Qüvvələrinin ƏİK Taboru və 2015-ci ildə ƏİK Kəşfiyyat bölüyü, 2 ədəd Mi-17 helikopter cütlüyü və Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə Qrupu bəyan edilib.









