HDQ komandanı: Azərbaycanın dünyanın aparıcı dəniz qüvvələrinə malik ölkələri ilə əməkdaşlığında İtaliyanın xüsusi yeri var

HDQ komandanı: Azərbaycanın dünyanın aparıcı dəniz qüvvələrinə malik ölkələri ilə əməkdaşlığında İtaliyanın xüsusi yeri var

Azərbaycanda səfərdə olan İtaliyanın Milli Müdafiə Universitetinin Ali Araşdırmalar Mərkəzinin direktoru general-polkovnik Stefano Mannino və onun rəhbərlik etdiyi nümayəndə heyəti Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” hərbi hissəsində olub.

“Poliqon” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, qonaqları salamlayan HDQ komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədov Azərbaycanın dünyanın aparıcı dəniz qüvvələrinə malik ölkələri ilə əməkdaşlığında İtaliya Respublikasının xüsusi yeri olduğunu qeyd edib.

Daha sonra qonaqlara hərbi hissənin tarixi, keçdiyi döyüş yolu və qarşıda duran məqsədləri ilə bağlı brifinq təqdim olunub. Qonaqları maraqlandıran suallar cavablandırılıb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ziyarət zamanı qonaqlara hərbi hissənin silahlanmasında olan bəzi hərbi vasitələr əyani olaraq göstərilib, onların taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib.

Qonaqlar, həmçinin təlim meydanında dəniz xüsusi təyinatlılarının iştirakı ilə nümayiş olunan nümunəvi çıxışları izləyib.

CATEGORIES
TAGS