HDQ və FHN-nin “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Aprelin 24-də Xəzər dənizinin ərazi sularında Hərbi Dəniz Qüvvələri (HDQ) ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) “Dalğa-2024” birgə taktiki təlimi keçirilir.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, HDQ və FHN şəxsi heyət və vasitələrinin cəlb edildiyi təlimin məqsədi birgə fəaliyyətlərin təşkili və icrası, eləcə də bölmələrin idarə edilməsi üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsidir.