“Hensoldt” şirkəti iki Avropa ölkəsinə TRML-4D radarları tədarük edəcək

“Hensoldt” şirkəti iki Avropa ölkəsinə TRML-4D radarları tədarük edəcək

Almaniyanın “Hensoldt” şikrəti Latviya və Sloveniyaya TRML-4D hava müşahidə radarları tədarük edəcək.

“Poliqon” “Hensoldt”a istinadən xəbər verir ki, bunun üçün şirkətə dəyəri 100 milyon avrodan çox olan sifarişlər verilib.

Ən son rəqəmsal radar texnologiyasından istifadə edən TRML-4D, müxtəlif növ hava hədəflərini aşkarlamaq, izləmək və təsnif etmək qabiliyyətinə malikdir. TRML-4D radarı, aşağı hündürlükdən uçan, kiçik siluetə, yüksək sürətə və manevr bacarıqlarına sahib olan qanadlı raketləri, təyyarələri və helikopterləri aşkarlamaq iqtidarındadır. O, 250 km-ə qədər radiusda 1500-ə yaxın hədəfin sürətli aşkarlanmasını və izlənilməsini təmin edir.

CATEGORIES