HH-60W helikopterlərinin Norveçə satışı təsdiq edilib

HH-60W helikopterlərinin Norveçə satışı təsdiq edilib

ABŞ Dövlət Departamenti 2.6 milyard dollar dəyərindəki HH-60W helikopterlərinin Norveçə satışını təsdiqləyib.

Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.

Bildirilib ki, sifarişə doqquz ədəd HH-60W helikopterinin və digər sistemlərin satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sözügedən sifarişin baş podratçısı ABŞ-ın “Sikorsky Aircraft Corporation” şirkəti olacaq.

Qeyd edilib ki, bu helikopterlər Norveçin hava-desant və xüsusi əməliyyat qabiliyyətlərini artırmaqla onun hazırkı və gələcək təhdidlərə qarşı imkanlarını gücləndirəcək.

CATEGORIES