Xəbərlər
HHM bölmələrində döyüş atışlı təlim-məşqləri keçirilib – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlim-məşqləri keçirilib.
Bu barədə “AzeriDefence”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
S-125 zenit-raket komplekslərinin döyüş heyətləri şərti düşmən hədəflərini aşkarlayaraq praktiki atışlarla onları məhv edib.
Şəxsi heyətin bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə keçirilən məşqlərdə qarşıya qoyulan tapşırıqlar yerinə yetirilib.




