SərgilərXəbərlər

Hidayət Əzimov ADEX-2026 çərçivəsində brifinq keçirib

ADEX-2026 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin sonuncu günündə – oktyabrın 2-də müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Müdafiə Nazirliyi Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun “Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə” Akademik kursunun dinləyiciləri üçün brifinq keçirib.

“Poliqon” xəbər verir ki, nazir müavini Azərbaycanın müdafiə sənayesində həyata keçirilən layihələr və qarşıda duran əsas prioritetlər barədə məlumat verib.

O, müdafiə sənayesinin inkişafında müasir texnologiyaların, innovativ həllərin və yerli istehsal imkanlarının roluna diqqət çəkib. H.Əzimov bu sahədə peşəkar kadr potensialının və elmi-texniki imkanların inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitunun fakültə rəisi general-mayor Hüseyn Mahmudov “Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə” Akademik kursunun dinləyiciləri üçün təşkil olunmuş brifinqə görə müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimova təşəkkürünü bildirib. Qeyd olunub ki, ölkəmizin mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər heyəti üçün təşkil edilən kursun dinləyicilərinin brifinqdə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə əldə etdikləri məlumatlar mühüm əhəmiyyət kəsb edir.

Sonra kursun dinləyiciləri sərgidə nümayiş olunan hərbi məhsullar ilə tanış olublar.

Back to top button