Hindistan BrahMos raketinin gəmidə testini keçirib

Hindistan səsdən sürətli BrahMos raketinin gəmidən 290 km uzaqlıqda hədəflərə qarşı test atışlarını keçirib. Bu barədə “AzeriDefence” ZeeNews saytına istinadən məlumat verib.

Raket Hindistan Dəniz Qüvvələrinin INS Teg adlı yeni freqatının bortundan həyata keçirilib. 300 kq-lıq döyüş başlığı daşıyan raket gəmi-hədəfi vurub.

Qeyd edək ki, INS Teg freqatı Rusiyanın “Yantar” zavodunda tikilib. Bu sinifdən olan daha iki gəmi – INS Tarkah və INS Trikand da BrahMos raketləri ilə təchiz olunacaq. Raket gəmidən vertikal işə salma qurğusundan buraxılır.

KATEQORIYA: