Hindistan Fransadan döyüş təyyarələri və sualtı qayıqlar alacaq
Hindistan Fransadan 26 ədəd “Rafale-M” döyüş təyyarəsi və 3 ədəd “Scorpene” sualtı qayığı alacaq.
“Poliqon” “Financial Express” nəşrinə istinadən xəbər verir ki, sözügedən satınalma ilə bağlı tərəflər müdafiə müqaviləsini imzalamaq ərəfəsindədir.
Nəşrin bildirdiyinə görə, bununla Hindistan həm Hind-Sakit Okeandakı dəniz gücünü artırmağı hədəfləyir, həm də Fransa əlaqələrini dərinləşdirir.
Qeyd olunub ki, “Rafale-M” qırıcılarının və “Scorpene” sualtı qayıqlarının satın alınması Hindistanın dəniz qüvvələrini modernləşdirmək və genişləndirmək üzrə davam edən səylərinin bir hissəsidir.