
Norveç və Böyük Britaniya şirkətləri müdafiə sənayesi sahəsində əməkdaşlıq edəcək
Norveçin “Kongsberg Defence & Aerospace” (KONGSBERG) və Böyük Britaniyanın “BAE Systems” şirkəti arasında sənaye əməkdaşlığını təşviq etmək məqsədi daşıyan saziş imzalanıb.
Bu barədə “Poliqon” KONGSBERG şirkətinə istinadən xəbər verib.
Sazişə əsasən, şirkətlər Norveç, Böyük Britaniya və digər müttəfiq ölkələrin müdafiə tələblərini dəstəkləmək üçün sıx sənaye əməkdaşlığı edəcək. Bunun üçün hər iki şirkət mövcud və gələcək birgə proqramlar çərçivəsində bütün hərbi sahələrdə uzunmüddətli əməkdaşlıq imkanlarını araşdırmağı qarşıya məqsəd qoyur.