Hindistan Ordusu əlavə K9 “Vajra-T” özüyeriyən haubitsalar alacaq

Hindistan Ordusu əlavə K9 “Vajra-T” özüyeriyən haubitsalar alacaq

Hindistanın Quru Qoşunları Çinlə həmsərhəd olan yüksək dağlıq ərazilərdə istifadə etmək üçün əlavə olaraq 40 ədəd K9 “Vajra-T” özüyeriyən haubitsa almağı planlaşdırıb.

“Poliqon” xəbər verir ki, Hindistanın silahlı qüvvələri tərəfindən bu ilin əvvəlində Ladaks bölgəsinə göndərilən 3 ədəd K9 “Vajra-T” özüyeriyən haubitsasının sınaqları tamamlanıb.

Cənubi Koreyanın “Hanwha” korporasiyasının “Hanwha Techwin” divizionu Hindistan ordusunun keçirdiyi habitsa müsabiqəsi üçün 100 ədəd K9 “Thunder” özüyeriyən artilleriya qurğusu (ÖAQ) tədarük etmək üçün Hindistanın “Larsen” və “Toubro Limited” şirkətlərinin əmələ gətirdiyi “Larsen & Toubro” konglomeratı ilə birlikdə əməkdaşlıq edib.

2015-ci ilin sentyabr ayında, “Larsen & Toubro” müəssisəsi, Hindistan Ordusuna 100 ədəd 155 mm K9 “Vajra-T” ÖAQ tədarük etmək üçün 800 milyon dollar dəyərindəki müqavilənin finalçısı olaraq qalib gəlib. Müqavilənin şərtlərinə əsasən ilk 10 ədəd ÖAQ Cənubi Koreyadan tədarük edilməli, qalan 90 ədəd qurğu isə 50% yerli dəstləşdiricilər olması şərti ilə “Larsen & Toubro” müəssisəsində istehsal edilməlidir.

K9 “Vajra-T”, Cənubi Koreyanın K9 “Thunder” ÖAQ-ın səhra bölgələrində istismar edilmək üçün xüsusi hazırlanmış bir variantıdır. K9 “Vajra-T” zirehli şassiyə əsaslanan özüyeriyən haubitsadır. Artilleriya vasitəsi 155 mm çaplı və 52 çap uzunluqlu haubitsa ilə silahlanıb. Maksimal atəş məsafəsi 40 km-dir.

Qeyd edək ki, K9 “Thunder” habutsaları Hindistanla yanaşı Cənubi Koreya, Finlandiya, Polşa, Türkiyə, Estoniya, Norveç Ordusunun silahlanmasında yer alır.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS