Hindistan Ordusu “Swathi” atəş yeri aşkarlama radarları alacaq

Hindistan Ordusu “Swathi” atəş yeri aşkarlama radarları alacaq

Hindistan Ordusu Cammu və Kəşmirdə Çin sərhədi boyunca nəzarəti gücləndirmək üçün 12 ədəd yerli “Swathi” atəş yeri aşkarlama radarı alacaq.

Bu barədə “Poliqon” Hindistan mətbuatına istinadən məlumat verib.

“Swathi” radarları 50 km radiusda minaatan, artilleriya və raketlərin atəşini aşkar etmək və izləmək üçün nəzərdə tutulub.

Radarlar Hindistanın Dövlət Tədqiqat və İnkişaf Təşkilatının (DRDO) Elektron və Radar İnkişaf Bölməsi (LRDE) tərəfindən hazırlanıb. İstehsalını isə Hindistanın “Bharat Electronics Limited” (BEL) şirkəti həyata keçirir. “Swathi” radar sistemi ilk dəfə 2018-ci ildə sınaqdan keçirilib.

Qeyd edək ki, Hindistan hökuməti “Swathi” radarlarını Ermənistana da satıb.

Rizvan Fikrətoğlu

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş