Hindistanda AK-203 avtomatlarının istehsalına başlanıb

Hindistanda AK-203 avtomatlarının istehsalına başlanıb

Rusiya və Hindistanın birgə müəssisəsi olan “Indo-Russian Rifles Private Limited” (IRRPL) AK-203 avtomatlarının seriyalı istehsalına başlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Kalaşnikov” konserninin prezidenti Alan Luşnikov TASS informasiya agentliyinə açıqlamasında bildirib.

Alan Luşnikov vurğulayıb ki, birgə müəssisə artıq AK-203 avtomatlarının istehsalı ilə bağlı fəaliyyətə başlayıb və hər şey plan üzrə gedir.

7.62 mm-lik qatlanan qundaqlı AK-203 avtomatının boş daraqla birlikdə çəkisi dörd kiloqramdır. Avtomatın üzərindəki mexaniki nişangah istifadəçiyə 800 metrə qədər olan hədəfləri nişan almağa imkan verir. Bundan başqa AK-203 avtomatının konfiqurasiyası ona müxtəlif cihazların və optik nişangahların quraşdırılmasına da şarait yaradır. Dəqiqədə 700 atəş aça bilən avtomatın lüləsinin uzunluğu 415 millimetrdir.

Qeyd edək ki, AK-203 avtomatlarının istehsal olunacağı “Indo-Russian Rifles Private Limited” müəssisəsinin təməli hələ 2007-ci ildə qoyulub və 2019-cu ildə zavodun açılışı barədə rəsmi məlumat paylaşılıb. Müəssisə Hindistanın Uttar Pradeş ştatının Ameti bölgəsindəki Korva şəhəri yaxınlığında yerləşir.

Poliqon.az

CATEGORIES