Hindistanın silahlı robotu terrorçularla savaşacaq

Hindistanın Müdafiə Araşdırmaları və Tədqiqatları Təşkilatı robot silahın hazırlanması versiyası üzərində işlərə başlayıblar. “AzeriDefence”nin Hindistan hərbi mediasına istinadən verdiyi məlumata görə, “Gun Mounted Robot” adlandırılan robot 7,62 çaplı pulemyot, 30 millimetrlik qumbaraatanla silahlandırılıb. Bununla yanaşı robot gecəgörmə avadanlığı ilə də təchiz olunub.

Müdafiə Araşdırmaları və Tədqiqatları Təşkilatının sözlərinə görə, yeni robot terrorçulara qarşı keçirilən əməliyyatlarda iştirak edə biləcək. Həmçinin robot güclü və səssiz elektromühərriklə, o cümlədən enerji qıdalandırıcısı yüksək olan batareya ilə də təchiz edilib. Robotun hərəkətetmə miqyası 1 km-ə qədər genişləndirilib.

Məlumatda o da qeyd olunub ki, robotun ilkin prototipi artıq hazırlanıb. Onun istehsalına 2 ilə başlanacaq.

KATEQORIYA: