Müdafiə
Hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun görüşü keçiriləcək

Fevralın 10-dan 12-dək İslamabad şəhərində Hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun 5-ci görüşü keçiriləcək. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq Planına əsasən keçiriləcək görüşdə iki ölkə arasında hərbi və hərbi texniki sahədə əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır.
Qeyd edək ki, Hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun görüşü ildə bir dəfə növbəli şəkildə Bakıda və İslamabadda keçirilir. Sonuncu görüş 2013-cü ilin yanvar ayında Bakıda keçirilib.
Azərbaycan tərəfindən işçi qrupuna Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov rəhbərlik edir.



