Xəbərlər

Hulusi Akar Zakir Həsənovu Bakının işğalından azad olunmasının 104-cü ildönümü münasibəti ilə təbrik edib

Türkiyənin Milli Müdafiə (MSB) naziri Hulusi Akar Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu Bakının daşnak-bolşevik işğalından azad olunmasının 104-cü ildönümü münasibəti ilə təbrik edib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bakı 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri tərəfindən bolşevik-daşnak işğalından azad edilib. Bununla da ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Poliqon.az

 

Back to top button