“Hürjet” təlim təyarəsinin növbəti sınaqları keçirilib – VİDEO

“Hürjet” təlim təyarəsinin növbəti sınaqları keçirilib – VİDEO

Türkiyənin TUSAŞ şirkəti tərəfindən inkişaf etdirilən “Hürjet” təlim təyarəsinin “afterburner” və “go around” sınaqları keçirilib.

“Poliqon” TUSAŞ şirkətinə istinadən xəbər verir, təlim təyyarəsi keçirlən növbəti sınaqları uğurla tamamlayıb.

Qeyd edək ki, TUSAŞ şirkəti cari ilin yanvar ayının 30-da “Hürjet” təlim təyyarəsini anqardan çıxararaq ilk dəfə mühərrrikini işə salıb. Onun ilk uçuşu isə aprelin 25-də baş tutub. Həmin vaxt 26 dəqiqə havada qalan “Hürjet”, 14000 ft (4.2 km) yüksəkliyə qalxıb və 250 knot hava sürətinə çatıb.

CATEGORIES
TAGS