
HÜRJET təlim təyyarəsi 1.2 Mach sürətinə çatıb
TUSAŞ şirkətinin inkişaf etdirdiyi HÜRJET təlim təyyarəsinin növbəti uçuş sınağı həyata keçirilib.
“Poliqon” TUSAŞ-a istinadən xəbər verir ki, sınaq zamanı 1.2 Mach sürətinə çatan HÜRJET, səsdən sürətli (supersonik) təlim təyyarəsi sahəsində daha bir mərhələni geridə qoyub.
Bununla bağlı fikirlərini bölüşən Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün bildirilib ki, HÜRJET-in supersonik sürətə çatması təkcə mühəndislik nailiyyəti deyil, həm də Türkiyənin müstəqil aviasiya visionunda yeni mərhələdir.
“Təlimdən hücuma qədər hər missiyada yerli və milli həllərlə səmada daha güclüyük. Bu uğur cəsarətlə, inamla, sağlam düşüncə ilə getdiyimiz yolun güclü göstəricisidir. TUSAŞ-ı, layihədə əməyi olan bütün texniki qrupları və bu kritik prosesi səmada uğurla başa vuran sınaq pilotlarımızı ürəkdən təbrik edirəm”, – deyə H.Görgün qeyd edib.