Yeni Su-35S qırıcıları Rusiya Hava-Kosmik Qüvvələrinə təhvil verilib – VİDEO

Yeni Su-35S qırıcıları Rusiya Hava-Kosmik Qüvvələrinə təhvil verilib – VİDEO

“Birləşmiş Aviasiya Korporasiyası” (UAC) yeni Su-35S qırıcılarını Rusiya Hava-Kosmik Qüvvələrinə təhvil verib.

“Poliqon” “Birləşmiş Aviasiya Korporasiyası”na istinadən xəbər verir ki, bu, 2025-ci ildə Rusiya Hava-Kosmik Qüvvələrinə çatdırılan Su-35S qırıcılarının ilk partiyasıdır.

4++ nəsil döyüş təyyarələri olan SU-35S-lər müxtəlif iş rejimlərində yer və uçuş sınaqlarından keçdikdən sonra xidməti yerlərinə uçublar.

“Bizim əsas vəzifəmiz tələbat olan hərbi məhsulların istehsal tempini artırmaqdır. Bu, ilk növbədə, Su-34, Su-35, Su-57 təyyarələrinə aiddir. Bu təyyarələrin hər biri üçün cari ildə istehsal həcminin artırılması nəzərdə tutulur”, – deyə “Birləşmiş Aviasiya Korporasiyası”nın baş direktoru Vadim Badexa bildirib.

CATEGORIES
TAGS