HÜRKUŞ-II layihəsi çərçivəsində rabitə avadanlıqlarının tədarükü tamamlanıb

HÜRKUŞ-II layihəsi çərçivəsində rabitə avadanlıqlarının tədarükü tamamlanıb

Türkiyənin ASELSAN şirkəti HÜRKUŞ-II layihəsi çərçivəsində rabitə avadanlıqlarının tədarükünü tamamlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin yayımladığı illik hesabatda bildirilib.

Qeyd edilib ki, layihə çərçivəsində 2023-cü il üçün nəzərdə tutulan tədarüklərdən əlavə, 2024-cü ilin birinci rübü üçün planlaşdırılan tədarüklərin də tarixi önə çəkilərək bütün rabitə avadanlıqlarının çatdırılması tamamlanıb.

Həmçinin bax: HÜRKUŞ yeni nəsil təlim-döyüş təyyarəsi proqramı

CATEGORIES
TAGS