IAI Heron NG-ni də hazırladı
Israel Aerospace Industries (IAI) Heron pilotsuz uçuş aparatının (PUA) müasirləşdirilmiş versiyasını təqdim edib. Bu barədə “AzeriDefence” “Flightglobal” saytına istinadən məlumat verib.
Yeni aparat Heron NG adlanır. PUA-nın rabitə, müşahidə və kəşfiyyat və bort avadanlığının təkmilləşdirilib. Heron NG istənilən ərazinin kəşfiyyatını aparmağa imkan verir. Kəşfiyyat məlumatlarının ötürülməsi Elta Systems şirkəti tərəfindən hazırlanmış peyk vasitəsilə həyata keçirilir.
Heron NG aparatının uçuş məsafəsi 1.5 min kilometr təşkil edir və bu Heron ailəsində dördüncü PUA-dır.
KATEQORIYA: Aerospace