SərgilərXəbərlər

IAI yeni POP 1000 elektro-optik sistemini ilk dəfə AUSA 2026-da təqdim edib

İsrailin “Israel Aerospace Industries” (IAI) şirkəti yeni POP 1000 sistemini ilk dəfə AUSA 2026 sərgisində təqdim edib.

IAI-dən “Poliqon”a verilən məlumata görə, bununla şirkət qabaqcıl elektro-optik sistemlər portfelini daha da genişləndirib.

IAI-nin prezidenti və baş icraçı direktoru Qay Bar Lev bildirib ki, POP 1000 sistemi şirkətin elektro-optik imkanlarının davamlı inkişafını təcəssüm etdirir: “Bu sistem qabaqcıl müşahidə və missiya imkanlarını kompakt qurğuda birləşdirərək müştərilərə daha geniş əməliyyat çevikliyi təmin edir. Dünyada minlərlə POP sisteminin istismara verilməsi ilə əldə etdiyimiz təcrübəyə əsaslanaraq, dəyişən əməliyyat tələblərinə cavab vermək üçün sınaqdan çıxmış texnologiyaları uyğunlaşdırmağa davam edirik”.

Ölçü, çəki və enerji sərfiyyatı (SWaP) üzrə yüksək tələbləri qarşılamaq üçün hazırlanan 12 düymlük POP 1000 sistemi uzun məsafəli elektro-optik/infraqırmızı (EO/IR) imkanları kompakt konfiqurasiyada təqdim edir. Bu, sistemin müxtəlif hava, dəniz və quru platformalarına inteqrasiyasına imkan verir. Buraya faydalı yükün ölçü və çəkisinin kritik əhəmiyyət daşıdığı tətbiqlər də daxildir.

Bu yeni kompakt, çoxsensorlu elektro-optik faydalı yük uzun məsafəli ISTAR və hədəflərin izlənməsi üçün nəzərdə tutulub. POP 1000 sistemi yüksək dəqiqlikli gündüz görüntüsü (VIS), ortadalğalı infraqırmızı (MWIR) termal kamera və qısadalğalı infraqırmızı (SWIR) kamera imkanlarını göz üçün təhlükəsiz lazer məsafəölçən və lazer hədəfgöstərici ilə birləşdirir.

Sistem həmçinin avtomatik video izləmə, qabaqcıl təsvir emalı və dördoxlu stabilləşdirmə imkanlarını özündə birləşdirir. O, missiyaların icrasını və effektivliyini dəstəkləmək üçün süni intellektə əsaslanan imkanlarla inteqrasiya oluna bilər. Bununla yanaşı, dinamik əməliyyat şəraitində sabit görmə xəttini təmin edir. Bu imkanlar gündüz, gecə və görmə şəraitinin çətin olduğu mühitlərdə hədəflərin aşkarlanmasını, identifikasiyasını, izlənməsini və lazerlə işarələnməsini dəstəkləyir. İnteqrasiya edilmiş INS sistemi dəqiq coğrafi koordinatların müəyyənləşdirilməsinə imkan verir, “şəkil daxilində şəkil” (picture-in-picture) funksiyası isə situasiya məlumatlılığını artırır.

POP 1000 artıq dünya üzrə onlarla müştəri tərəfindən istifadə olunan və özünü doğrultmuş POP elektro-optik sistemlər ailəsinə qoşulur. Sistem onilliklər ərzində toplanmış əməliyyat təcrübəsinə və sınaqdan çıxmış sistem arxitekturasına əsaslanır. POP 1000 geniş əməliyyat mühitlərində aydın, sabit və praktiki qərarların qəbulunda istifadə oluna bilən kəşfiyyat məlumatları təqdim edir.

Back to top button