İdarə rəisi: Daxili Qoşunların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilir

İdarə rəisi: Daxili Qoşunların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilir

Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə respublikamızda digər sahələrlə yanaşı, Daxili Qoşunların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilir. Daxili Qoşunlarda aparılan sürətli abadlıq və quruculuq işləri buna bariz nümunədir.

Bu fikirləri POLİQON jurnalına müsahibəsində Daxili Qoşunların Baş İdarəsinin Qərargahında əməliyyat və döyüş hazırlığı idarəsinin rəisi polkovnik Zəfər Əliyev deyib.

Polkovnik Zəfər Əliyev bildirib ki, Daxili Qoşunların xidməti-döyüş fəaliyyətini uğurla yerinə yetirməsi üçün ölkə başçısı tərəfindən hərtərəfli şərait yaradılıb, hərbi qulluqçulara olan diqqət və qayğı nəticəsində qoşunların maddi-texniki təminatı, o cümlədən sosial məsələlərin həlli istiqamətində böyük işlər görülüb.

Belə ki, 2008-2022-ci illər ərzində Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Hacıqabul, Şirvan, Bərdə, Zaqatala, Qəbələ, Quba, Ağcabədi, Ağstafa şəhər və rayonlarında yeni hərbi şəhərciklər, o cümlədən şəxsi heyətin xidmət və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə əsgər kazarmaları, yeməkxanalar, anbar binaları, qarovul və tibb məntəqələri inşa edilmiş, zabit, gizir və MAXE hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması üçün ümumilikdə 15 yaşayış binası, subay hərbi qulluqçular üçün isə 21 yataqxana inşa olunub və şəxsi heyətin istifadəsinə verilib.

“Onu da qeyd edim ki, işğaldan azad olunmuş ərazilərdə xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunmuş şəxsi heyət üçün hərtərəfli müasir xidmət və məişət şəraiti yaradılıb”, – deyə polkovnik Zəfər Əliyev vurğulayıb.

Poliqon.az

CATEGORIES
TAGS