İDEF-2021: Azərbaycan müdafiə sənayesi naziri Dmitri Pantus ilə görüşüb

İDEF-2021: Azərbaycan müdafiə sənayesi naziri Dmitri Pantus ilə görüşüb

Türkiyənin İstanbul şəhərində keçirilən IDEF-2021 sərgisi çərçivəsində Azərbaycan və Belarus müdafiə sənayesi nazirlərinin görüşü keçirilib.

“Poliqon”un İDEF-2021 sərgisində iştirak edən əməkdaşının verdiyi xəbərə görə, sərginin ilk günü Belarus Müdafiə Sənayesi Komitəsinin sədri Dmitri Pantus Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edib.

Azərbaycan Müdafiə Sənayesi naziri Mədət Quliyev və Belarus müdafiə sənayesi komitəsinin sədri Dmitri Pantus iki ölkə arasındakı əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Qeyd edək ki, avqustun 20-dək davam edəcək sərgidə hərbi-texniki sahədə birgə layihələrin gerçəkləşdirilməsi məqsədilə digər iştirakçı dövlət və hökumət nümayəndələri ilə də görüşlər nəzərdə tutulub.

Poliqon.az

CATEGORIES
TAGS