
IDEF-2021 sərgisində iştirak edəcək şirkətlərin sayı açıqlanıb
Türkiyənin İstanbul şəhərində 17-20 avqust 2021-ci il tarixlərində keçiriləcək IDEF-2021 XV beynəlxalq müdafiə sərgisininə hazırlıqlar davam edir.
Bu barədə “Poliqon”a sərginin təşkilat komitəsindən məlumat verilib.
IDEF-2021 beynəlxalq müdafiə sərgisi Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fondunun idarəçiliyi altında TÜYAP Sərgi və Konqres Mərkəzində keçiriləcək.
Türkiyə Respublikası Prezidentinin himayəsi altında, Milli Müdafiə Nazirliyinin ev sahibliyi ilə keçiriləcək IDEF-2021 sərgisində ölkə daxilindən və xaricindən ümumilikdə 1086 şirkət iştirak edəcək.
Eyni zamanda sərgidə iştirak etmək üçün dəvət olunan 447 nümayəndə heyətindən artıq 116-sı qatılacağını bildirib.
Məlumatda qeyd olunub ki, IDEF-2021 sərgisinə qatılacaq iştirakçıların və heyətlərin sağlamlığını təmin etmək üçün Covid-19 pandemiyasına qarşı vacib bütün tədbirlər görülüb.