
IDEF-2021 sərgisi çərçivəsində Azərbaycan və Türkiyə Müdafiə nazirləri görüşüb
IDEF – 2021 Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə İstanbul şəhərində səfərdə olan Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 17-də Türkiyə Milli Müdafiə naziri Hulusi Akarla görüşüb.
“Poliqon”un İDEF-2021 sərgisində iştirak edən əməkdaşının verdiyi məlumata görə, görüşdə tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib, regional təhlükəsizlik, ikitərəfli münasibətlər, eləcə də maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
CATEGORIES Xəbərlər