IDEF-2021 sərgisində “Nazar” lazer sistemi təqdim edilib

IDEF-2021 sərgisində “Nazar” lazer sistemi təqdim edilib

Türkiyənin “Meteksan Savunma” müdafiə sənayesi şirkəti IDEF-2021 XV Beynəlxalq Müdafiə Sənayesi Sərgisində yeni “Nazar” lazer raketdən müdafiə sistemini nümayiş etdirib.

“Poliqon” xəbər verir ki, son illərdə elektro-optik və infraqırmızı özütuşlama başlıqlı üçüncü və dördüncü nəsil raketlər, xüsusilə hərbi bazalar və strateji mülki obyektlər üçün ciddi bir təhlükəyə çevrilib.

“Meteksan Savunma” şirkətinin “Nazar” lazer sistemi, hədəfi istiqamətləndirilmiş lazer koretmə və funksional məhvetmə üsullarından istifadə edərək elektro-optik və infraqırmızı özütuşlama başlıqlı raketləri zərərsizləşdirir.

Bütün dünyada raket sistemlərinin inkişafı ilə paralel olaraq bu tip raketlərə qarşı sistemlər də inkişaf etdirilir. “Nazar” lazer sistemi də belə layihələrdən biridir.

Qeyd edək ki, “Nazar” layihəsi, 2016-cı ildə Türkiyə Prezidenti Administrasiyası yanında Müdafiə Sənayesi Müdirliyi ilə imzalanan müqavilə əsasında hazırlanmışdır, layihənin həyata keçirilməsi mərhələlərlə icra olunur.

“Nazar” layihəsi, hərbi bazaları, qurğuları və Hərbi Dəniz Qüvvələrinin əhəmiyyətli platformalarını elektro-optik və infraqırmızı başlıqlı raketlərdən qorumaq məqsədini daşıyır.

Dünyada elektron əkstədbirlər üçün yalnız super güclər lazer texnologiyasından istifadə edirlər. Bu səbəbdən də, “Meteksan Savunma” şirkətinin mütəxəssisləri hesab edirlər ki, “Nazar” layihəsi ilə qazanılan təcrübə, qarşıdakı 10 il ərzində Türkiyəyə milli müdafiə baxımından böyük fayda verəcək. Bu məhsullar dünya bazarına çıxarılan əhəmiyyətli bir ixrac qapısı olacaq.

Birinci mərhələdə, “Nazar” sistemi istismar ehtiyaclarına uyğun olaraq ehtiyac olan yerlərə asanlıqla daşınmaq üçün mobil platformadan istifadə edəcək. Sistemin yerüstü variantı yaradıldıqdan sonra döyüş gəmilərinin raketdən müdafiə kompleksinin dəniz versiyası hazırlanacaq.

Sistemin işləməsi üçün lazım olan elektrik enerjisi öz generatoru tərəfindən istehsal olunur və buna görə də kənar enerji təminatı mənbəyinə ehtiyac yoxdur.

ah2 3 ah3 1

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS