
IDEF-2021: Ukraynanı sərgidə 23 şirkət təmsil edəcək
Yeni silah və hərbi texnikanın nümayiş olunduğu dünyanın ən böyük sərgilərindən biri olan Türkiyənin paytaxtı İstanbul şəhərində 17-20 avqust tarixlərində keçiriləcək IDEF-2021 XV beynəlxalq müdafiə sənayesi sərgisində Ukraynanı dövlət və özəl şirkətləri təmsil edəcək.
“Poliqon” xəbər verir ki, Türkiyə və xaricdən 1170-dən çox şirkətin qatılacağı IDEF-2021 sərgisində Ukraynadan ən azı 23 şirkət müdafiə sənayesi məhsullarını nümayiş etdirəcək.
Qeyd edək ki, Ukrayna ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlıq son iki ildə daha da dinamik hala gəlib. Ukrayna ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın inkişafında dair iki ölkə arasında bir sıra ikitərəfli sənədlər imzalanıb.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər