Xəbərlər
IDEF-2023-ün keçiriləcəyi tarix təsdiqlənib

Türkiyədə baş tutacaq IDEF-2023 16-ci beynəlxalq müdafiə sənayesi sərgisinin keçiriləcəyi vaxt təsdiqlənib.
Bu barədə “Poliqon”a Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fondundan (TSKGV) məlumat verilib.
IDEF-2023 beynəlxalq müdafiə sənayesi sərgisi 2023-ci il 9-12 may tarixlərində Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fondunun idarəçiliyi altında TÜYAP Sərgi və Konqres Mərkəzində keçiriləcək.
Ötən il keçirilən IDEF-2021 sərgisində 53 ölkənin 1200-dən artıq müdafiə və təhlükəsizlik həlləri istehsal edən şirkəti məhsul və texnologiyalarını sərgiləyib.
Qeyd edək ki, 2015-ci ildən Azərbaycandan “Poliqon” jurnalı IDEF sərgisində media tərəfdaşı qismində təmsil olunur.




