IDEF-2025-də Türkiyənin xarici işlər naziri “Azərsilah” stendinə baxış keçirib

IDEF-2025-də Türkiyənin xarici işlər naziri “Azərsilah” stendinə baxış keçirib

Türkiyənin İstanbul şəhərində keçirilən IDEF-2025 Beynəlxalq Müdafiə Sənayesi Sərgisi davam edir.

Müdafiə Sənayesi Nazirliyinin (MSN) Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, tədbirdə iştirak edən Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev iyulun 24-də Nigeriyanın müdafiə üzrə dövlət naziri Bello Mohammed Matavalle, Somalinin müdafiə naziri Ahmed Moallim Fiqi, Cənubi Afrika Respublikasının müdafiə və vətən veteranları nazirinin müavini Bantubonke Harrington Holomisa və Səudiyyə Ərəbistanının icra məsələləri üzrə müdafiə nazirinin müavini Khalid bin Hussein Al-Biyari ilə görüşüb.

Görüşlər zamanı IDEF-2025 sərgisində yüksək səviyyəli işgüzar mühitin formalaşdığı, bu tədbirin müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları baxımından mühüm platforma rolunu oynadığı vurğulanıb.

Ölkələrimiz arasında hərbi-texniki sahədə tərəfdaşlıq imkanları müzakirə edilib, tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sərgi çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan və “Baykar” şirkətinin İdarə Heyətinin sədri Səlcuk Bayraktar Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılmış stendi ziyarət ediblər. Nazir V.Mustafayev onlara sərgidə nümayiş olunan Azərbaycanın istehsal etdiyi hərbi məhsullar haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, MSN, IDEF sərgisində artıq 9-cu dəfədir ki, stendlə iştirak edir. Sərgi iyulun 27-də başa çatacaq.

CATEGORIES
TAGS