
ABŞ CH-47F ağır nəqliyyat helikopterlərinin BƏƏ-yə satışını təsdiqləyib
ABŞ Dövlət Departamenti 1.32 milyard dollar dəyərindəki CH-47F “Chinook” ağır nəqliyyat helikopterlərinin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) satışını təsdiqləyib.
“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.
Bildirilib ki, sifarişə altı ədəd CH-47F Block II “Chinook” helikopterinin və digər sistemlərin satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.
Sözügedən sifarişin baş podratçıları ABŞ-ın “Boeing” və “Honeywell” şirkətləri olacaq.
TAGS Manşet