IDEX-2025: “CSG Defence” şirkəti geniş məhsul çeşidini Əbu-Dabidə nümayiş etdirir

IDEX-2025: “CSG Defence” şirkəti geniş məhsul çeşidini Əbu-Dabidə nümayiş etdirir

Əbu-Dabi şəhərində keçirilən IDEX-2025 sərgisində Çexiyanın “CSG Defence” şirkəti geniş məhsul çeşidini nümayiş etdirir.

“Poliqon” xəbər verir ki, “CSG Defence”nin sərgidəki stendində onun və tərkibinə daxil olan şirkətlərin (“Excalibur Army”, “Tatra Export”, “MSM Group”, “Eldis”, “Resource Industries”, “Retia” və “Excalibur International”) istehsal etdiyi məhsullar təqdim olunur.

IDEX-2025-də “Tatra Export” şirkətinin istehsal etdiyi “Tatra Force”, “Tatra Tactic” və “Tatra Phoenix” nəqliyyat vasitələri sərgilənir. Hazırda bu nəqliyyat vasitələri artıq Yaxın Şərq də daxil olmaqla, bir çox ölkənin Silahlı Qüvvələrinin istismarındadır.

Sərgidə “Excalibur Army” (EA) şirkətinin 155 mm-lik MORANA özüyeriyən artilleriya qurğusu (ÖAQ) təqdim olunur. Bundan başqa, şirkətin 155 mm-lik DITA ÖAQ-ı, “Patriot 4×4” zirehli maşını, RM-70 “Vampire” yaylım atəşli reaktiv sistemi, AM-70 EX və AM-50 tipli avtomobilləri haqqında da ziyarətçilərə məlumatlar verilir.

Həmçinin “CSG Defence” stendində “Resource Industries” tərəfindən “Tatra Force 8×8” şassisində hazırlanan TREVA-30 təmir-təxiyə maşını nümayiş etdirilir.

“MSM Group” şirkəti sərgidə müasir orta və iri çaplı sursatların geniş çeşidini təqdim edir ki, bunların sırasına 60 mm, 81 mm, 98 mm və 120 mm-lik müxtəlif minaatan mərmiləri, 122 mm-lik artilleriya mərmiləri və 155 mm-lik təlim artilleriya sursatları daxildir. “MSM Group”un İspaniyadakı törəmə şirkəti olan “Fábrica de Municiones de Granada”nın istehsal etdiyi 105 mm-lik artilleriya mərmiləri, 120 və 105 mm-lik tank sursatları, həmçinin EOD həlləri də nümayiş etdirilən məhsullar arasında yer alır. Digər “MSM Group” şirkəti ZVS, 125 mm-lik tank, 155 mm-lik artilleriya, 30 mm-lik yüngül top sursatlarını və s. məhsullarını təqdim edir.

Bunlardan başqa, “CSG Aerospace”nin “Eldis Pardubice” və “Retia” şirkətləri də özlərinin radar həllərini nümayiş etdirir. Bunların sırasına “Eldis Pardubice”nin RL-3000 radarı və “Retia”nın “ReTwis 5+” radarı daxildir.

CATEGORIES
TAGS